“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yeni transferlər barədə danışıb. O, heyəti gücləndirməyin vacib olduğunu bildirib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Qonçalı Ramoş və Kodi Qakpo transferləri haqda bunları deyib: “Adını çəkdiyiniz oyunçuların klubları ilə müqaviləsi var. Çalışmalarımız davam edir və bizə uyğun futbolçularla danışıq aparacağıq. Bu futbolçulara gərək duysaq, ilk öncə klublarına müraciət edəcəyik”.
Ten Haq PSJ-nin maraq dairəsində olan Markus Reşfordun heç yerə getməyəcəyini bildirib: “Hücumçunun özünün qərar verməsi lazımdır. Biz onu “Mançester Yunayted”in ən yaxşı seçim olduğuna inandırmağa çalışacağıq. Hələ ilyarımlıq müqaviləsi var”.