“Milan” qış transfer dönəmində heyəti ciddi şəkildə yeniləməyəcək. İtaliya çempionu düşərgəsində olan futbolçuları qorumaq, imkan olarsa, 1-2 əfər almaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, “Milan” Hakim Ziyeşin transferindən vaz keçib. “Çelsi”dən alınması gözlənilən mərakeşliylə bağlı vəziyyət dəyişib. İtaliyalılar maaş büdcəsində problem yaranmaması üçün bu oyunçuyla təmasları dayandırıb.
Əlcəzair əsilli Yassin Adlini icarəyə göndərmək niyyətində olan “rossonyerlər”, Timo Bakayoko ilə də vidalaşmağa hazırdır. Bu iki futbolçu yola salınacağı halda Ziyeş və ya başqa hansısa futbolçunun heyətə qatılması mümkündür.
“Milan”ın əsas problemi Rafael Leaonu saxlamaqla bağlıdır. Bir çox qitə nəhənginin israrla istədiyi portuqaliyalı futbolçuyla danışıqlar davam edir. Oyunçu Milanda xoşbəxt olduğunu, yeni müqavilə bağlamağa hazırlaşdığını deyir. Lakin nəhənglərin başgicəlləndirici təklifləri artdıqca vəziyyət dəyişə bilər. Məsələyə yalnız mövcud müqavilənin müddəti uzadıldıqda nöqtə qoyulacaq. Rəhbərlik hazırda oyunçunun meneceri ilə bu problemi çözməklə məşğuldur.