“Vüqar Həşimov Memorialı”nın 2022-ci ildə də keçirilməsi çox sevindiricidir. Rəqiblərimə ciddi yanaşıram, turnirin maraqlı idman mübarizəsi vəd etdiyini indidən deyə bilərəm”.

Futbolinfo.az xəbər verir ki, bunu “Vüqar Həşimov Memorialı-2022″də iştirak edəcək Azərbaycan şahmatçısı Rauf Məmmədov yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

34 yaşlı qrossmeyster səkkizinci dəfə təşkil olunacaq turnirdə titullu və tanınmış şahmatçıların çıxış edəcəyini söyləyib:

“Həm memorialda, həm də “Vüqar Həşimov” klubunun heyətində çıxış edərkən sanki Vüqarı hiss edir, onun dəstəyini duyuram. Onun partiyaları təkcə Azərbaycanda deyil, dünyada maraqla qarşılanıb və müzakirə olunub”.

Yarışda gənc şahmatçıların çıxış edəcəyini xatırladan Məmmədov bildirib ki, heyətdə dünya, Avropa çempionatlarının və olimpiadanın qalibləri yer alıb:

“Yarış mürəkkəb olacaq və şansımı normal qiymətləndirirəm. Ümumilikdə, dünya şahmatı gəncləşib. Yetərincə güclü və titullu gənc şahmatçılar mötəbər turnirlərdə layqincə çıxış edir və mükafatçılar sırasında yer alırlar”.

“Vüqar Həşimov Memorialı-2022″də 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək. Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış 17-24 dekabrda baş tutacaq.

Shares: