İngiltərə futbolunun əfsanələrindən olan Devid Bekhem ölkəsinin milli komandasının Qətər-2022-dəki çıxışından razıdır. O, futbolçuların və yığmanın inkişafını davam etdirməli olduğunu düşünür.

Futbolinfo.az xəbər verir ki, Bekhem milli komandaya dəstək istəyib: “Mundialda ¼ finalda dayanmaq bizi üzür. Təbii ki, özümüzə gəlmək vaxt alacaq. Amma bunu etməliyik. Çox yaxşı və gənc komandamız var.  Azarkeşlər bu komanda ilə fəxr etməlidir. Qaret Sautqeyt uğurlu işlər görür”.

Bekhem komandaya yeni liderlər lazım olduğunu düşünür: “İngiltərə millisinə lidder oyunçular lazımdır. Hazırda bunu kapitan Harri Heyn bacarır, çətin məqamda məsuliyyəti üzərinə götürdü. Amma yeni liderlər də lazımdır ki, komanda daha güclü olsun. Bu Dünya Çempionatından başımız dik ayrılırıq. Növbəti yarışda daha da uzağa gedəcəyik”.

Xatırladaq ki, İngiltərə millisi mundialın ¼ finalında Fransaya 1:2 hesabıyla uduzdu. Keyn son dəqiqələrdə penaltidən yararlana bilməməklə matçı əlavə vaxta aparmaq şansını əldən verdi.

Shares: