“Mançester Yunayted”in müdafiəçisi Luk Şou karyerasını La Liqada davam etdirə bilər. İngilis müdafiəçi cəlbedici təklif alıb.
Futbolinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi axtaran “Barselona” diqqətini Şouya yönəldib. İspaniya nəhəngi İngiltərə millisinin 27 yaşlı üzvünü yayda düşərgəsinə aparmaq istəyir.
Mövsümün sonunda mançesterlilərlə müqaviləsi bitən müdafiəçi anlaşmasını daha bir il uzatmaq imkanına malikdir. Amma yeni dəvətdən sonra o, azad agent kimi daha çox qazanacağı “Barselona”ya yollanmağın əleyhinə deyil.