Didye Deşam 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər Fransa millisinin “sükanı arxasında” qalacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası Deşamla yeni – 2 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qətərdə keçirilən mundialın yarımfinalına qədər irəliləyən Fransa yığmasının nəticəsindən asılı olmayaraq, 54 yaşlı məşqçi AÇ-2024-də də komandanı meydana çıxaracaq. Onunla DÇ-2022-dən sonra müqavilə imzalanması gözlənilir.

Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu, 2020-21 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub.

Shares: