Fransisko İsko “Sevilya”dan ayrılır. Bu kluba yayda “Real”dan azad agent kimi keçən yarımmüdafiəçinin problemləri yaranıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Əndəlüs klubunun idman direktoru ilə yola getmir. Onların arasında komandanın hazırkı durumunu müzakirə edərkən mübahsə yaranıb. Özünə qarşı münasibətdən xoşlanmayan İsko 2024-cü iln yayında bitəcək anlaşmasının qarşılıqlı razılıqla pozulması üçün müraciət edib.
İskonu narazı salan əsas məqam baş məşqçi Xulien Lopateqinin istefaya göndərilməsidir. O, rəhbərliyin tələsik qərar verdiyini düşünür. Rəhbərliklə elə bu mövzuda danışarkən mübahisə edən İsko özü də “Sevilya”da qalmaq istəmədiyini bildirib.