Lionel Messi bu gün Dünya Çempionatında 25-ci matçına çıxır. O, bir neçə dəqiqə sonra meydana ayaq basmaqla Lotar Matteusun rekorduna şərik olacaq.

Futbolinfo.az xəbər verir ki, istənilən halda Argentina millisinin kapitanı Qətərdə mütləq rekordçu olmaq imkanı qazanacaq. Cəza və ya zədə problemi olmasa, Messi ya finalda, ya da 3-cü yer uğrunda oyunda Matteusu 2-ci pilləyə atacaq.

Mundiallarda 20-dən çox oyun keçirən cəmi 13 futbolçu var. Və onlardan yalnız Messi və Kriştianu Ronaldo karyerasını davam etdirir.

25 – Lotar Matteus (Almaniya)

25 – Lionel Messi (Argentina)

24 – Miroslav Kloze (Almaniya)

23 – Paolo Maldini (İtaliya)

22 – Kriştianu Ronaldo (Portuqaliya)

21 – Vladislav Jmuda (Polşa)

21 – Uve Zeeler (Almaniya)

21 – Dieqo Maradona (Argentina)

20 – Filipp Lam (Almaniya)

20 – Bastian Şvaynştayger (Almaniya)

20 – Qjeqoj Lyato (Polşa)

20 – Kafu (Braziliya)

20 – Xavyer Maskerano (Argentina)

Maraqlıdır ki, bu 13 futbolçudan 5-i Almaniya millisinin üzvləridir, Argentina 3 nəfərlə təmsil olunub. Siyahıda Polşanın 2, İtaliya, Braziliya, Portuqaliyanın 1 futbolçusu var.

Shares: