“River Pleyt”in yeni baş məşqçisi Martin Demişelis yeni transfer istəyir. Argentina nəhənginin çalışdırıcısı seçimini də edib.
Futbolinfo.az xəbər verir ki, sabiq futbolçu həmyerlisi Nikolas Otamendini yanına çağırır: “Niko, birbaşa sənə səslənirəm: dünya çempionu ol və “River Pleyt”ə gəl. 34 yaşında olsan da, mundialın ən yaxşı müdafiəçilərindən birisən. Səni yanımızda görmək istəyirik, gəl, uğur qazanmaqda bizə yardım et”.
Demişelisdən 7 yaş kiçik olan Otamendi onunla komanda yoldaşı olub. Nikolas hazırda “Benfika”nın şərəfini qoruyur. Yayda Lissabon klubu ilə müqaviləsi bitəcək müdafiəçi bu çağırışa hələ cavab verməyib.