Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, ikinci finalçının adına Fransa – Mərakeş matçında aydınlıq gəlib.

Turnirin əsas favoritlərindən olan Fransa yığması ardıcıl ikinci dəfə finala yüksəlməyə çox yaxın idi. Bu mundialın ən sürpriz komandasına çevrilən Mərakeş yığmasının sonuncu dünya çempionunu nə dərəcədə mane olacağı böyük maraqla gözlənilirdi. Amma Avropa təmsilçisi bu dəfə onlara sürpriz etməyə imkan verməyib.

Xatırladaq ki, ilk yarımfinal oyununda Argentina Xorvatiyaya 3:0 hesabıyla qalib gələrək finala yüksəlmişdi. Beləliklə, dekabrın 18-də baş tutacaq final matçında Fransa və Argentina yığmaları üz-üzə gələcək. Bundan bir gün əvvəl isə üçüncü yer uğrunda oyun keçiriləcək. Həmin oyunda da Mərakeş və Xorvatiya yığmaları qarşılaşacaq.

Dünya çempionatı
Yarımfinal

14 dekabr

Fransa – Mərakeş 2:0
Qol: Teo Hernandes, 5. Randal Kolo Muani, 79. 
Baş hakim: Sezar Ramos (Meksika).
“Əl-Bayt” stadionu.

Fransa: Uqo Lyoris (k), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Hernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Mərakeş: Yassin Bunu, Romen Saiss (k), Əşrəf Hakimi, Cavad Əl-Yamik, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf Ən-Nəsiri, Hakim Ziyeş.

Shares: