Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gələrək (3:0) finala yüksəlmələrini şərh edib.

Mütəxəssis çox sevincli olduqlarını deyib: “Biz indi qələbəni, finala adlamağı qeyd edirik. Çünki bu, çox həyəcanlıdır. Amma qarşıda daha bir addım var. Bu andan həzz almaq olar. Amma sonra nə olacağını da düşünməliyik. Narahat olmamağa çalışıram. Mən hər hansı argentinalının xəyal etdiyi yerdəyəm. Səudiyyə Ərəbistanına uduzduğumuz zaman xalq bizimlə idi. Bu, müqayisəolunmazdır. Biz hamımız ortaq bir məqsəd üçün çalışırıq, hamımız millinin pərəstişkarıyıq”.

Qeyd edək ki, Argentina finalda bu gün keçiriləcək Fransa – Mərakeş matçının qalibi ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp