DÇ-2022-nin dünən baş tutan ilk yarımfinalında Lionel Messi vurduğu qol və verdiyi məhsuldar ötürmə ilə ən yaxşı oyunçu seçildi. Bu, Argentina millisinin 4-cü belə uğuru idi.

Futbolinfo.az xəbər verir ki, Messi mundiallar tarixində ümumilikdə 10-cu dəfə bunu bacarmaqla tarixə düşdü. Heç bir futbolçu daha yaxşısını bacarmayıb.

Matçdan sonra argentinalı soyuqqanlılığını qorumağa, fərdi uğurundan çox, komandanın qələbəsini ön plana çıxarmağa çalışdı: “Ağlımda çox fikirlər var. Bütün bunları görmək çox həyəcanvericidir. İlk matçdan bəri Dünya Çempionatında çox şey yaşadıq. Artıq geriyə bircə oyun qaldı”.

Qeyd edək ki, qarşıdakı oyun Messinin ikinci finalı olacaq. Braziliyadakı mundialda Almaniyaya yenilən Argentina 3-cü dəfə kuboku başının üzərinə qaldırmaq üçün Fransa – Mərakeş oyununun qalibini yenməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp