Argentina yarımfinalda Xorvatiyanı yenərək tarixində 6-cı dəfə finala vəsiqə qazandı. Cənubi amerikalılar bununla da İtaliya və Braziliyaya çatdı. Yalnız Almaniya həlledici matça daha çox – 8 dəfə yüksələ bilib.

Futbolinfo.az xəbər verir ki, DÇ-2022-nin ilk yarımfinalında rəqib Xorvatiya rəqib qapısına cəmi iki zərbə endirdi. Bu, tarixdə yarımfinallar üçün ən zəif ikinci nəticədir. Yalnız Niderland 2014-cü ildə daha bərbad çıxış etmişdi (1).

Dünən Qətərdə dubl edən Xulian Alvares isə qollarənən sayını 4-ə çatdırdı. O, 2010-cu ildən bəri Qonsalo İquayndan sonra bu nəticəni göstərən ikinci ən gənc (23 yaş) futbolçudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp