“Neftçi”nin heyətinə qatmaq istədiyi futbolçulardan biri bəllidir. Paytaxt klubu braziliyalı futbolçu ilə danışıq aparır.

Futbolinfo.az xəbər verir ki, Yusuf Lavalın çıxışından məmnun olmayan bakılılar hücumun solunda daha çox fayda verəcək birini axtarırdı. Yusufun komandadan ayrılmaq ehtimalı da olduğundan, rəhbərlik tanıdıqları bir oyunçunu gətirmək niyyətindədir. Belə biri isə “Qəbələ”də var.

Son matçlarda zədə üzündən komandasına yardım edə bilməyən Rafael Utziq yanvardan etibarən “Neftçi”nin düşərgəsində görünəcək. Bakılılar qışda transferlərdə səhv etməmək üçün ölkədə özünü sübut etmiş futbolçuları heyətə qatmaqda maraqlıdır. Bu baxımdan brazilyalının üzərində dayanılıb.

2020-ci ildə “Parana”dan ölkəmizə gələn Rafaelin “Qəbələ” ilə 2023-cü ilin yayına kimi müqaviləsi var. Amma bu, problem deyil, futbolçu razılıq verib, klubunu da yola gətirmək olacaq. Zatən indiyədək Qəbələdən Bakıya köçənlər kifayət qədər olub. Voislav Stankoviç, Baqali Dabo, Stiven Monroz və başqaları da eyni marşrutla “Neftçi”yə keçmişdi.

Utziq “Neftçi”nin son transferi olmayacaq. Bakılılar futbolçu axtarışını davam etdirir və heyəti gücləndirmək üçün daha bir neçə əlavə ediləcək.

rafael utziq - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp