Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya uduzduqları (0:3) matçı şərh edib. 37 yaşlı yarımmüdafiəçi görüşdə hakim qərarlarından narazı qaldığını bildirib.

Təcrübəli oyunçu ilk qolun dönüş nöqtəsi olduğu qənaətindədir: “Məni ən çox ilk qol narahat edir. Məncə, həmin epizodda penalti yox idi. Hakim bizim xeyrimizə künc zərbəsi təyin etməli idi, etmədi. Sonra isə o, qapımıza əslində olmayan penalti təyin etdi. Hakim oyunu pozdu. Penaltidən əvvəl yaxşı oynadıq, oyuna nəzarət etdik. Daha təhlükəli olmaq üçün hücumda bir az kəskinliyimiz çatışmırdı. Amma Argentinanın qoluna qədər heç bir problemimiz yox idi. Argentina penaltiyə qədər bizə problem yaratmırdı. Əsəbiləşdim. Penaltidən sonra onlar tezliklə ikinci qolu vurdular. Bundan sonra oynamaq çətin oldu”.

Qeyd edək ki, sözügedən görüşün 34-cü dəqiqəsində baş hakim Daniele Orsato Xorvatiyanın qapısına penalti təyin edib. Messi bu şansdan yararlanaraq hesabı açıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp