Xorvatiya yığmasının müdafiəçisi Borna Sosa DÇ-2022-nin yarımfinalında Argentinaya məğlub olduqları (0:3) matçı şərh edib.

O, rəqibin qələbəyə layiq olmadığını bildirib: “İlk yarım saat ərzində biz meydanda ən yaxşı komanda idik və oyuna nəzarət edirdik. Sonra qapımıza bir penalti təyin olundu. Yumşaq desək, bu epizod mübahisəli oldu. İki qol buraxdıq və bundan sonra hər şey çətinləşdi. Argentinanı layiq olmadığı qələbə münasibətilə təbrik edirəm. Finala çox yaxın olduğunuz üçün yarımfinalda uduzmağı qəbul etmək də çətindir. Bu gün bir az dincələ bilərik, amma sabahdan növbəti matça hazırlaşmağa çalışacağıq. Biz Zaqrebə xoşbəxt qayıtmağa çalışacağıq”.

Xorvatiya millisi 3-cü yer uğrunda mübarizədə bu gün keçiriləcək Fransa – Mərakeş matçının məğlubu ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp