“Kəpəz” “Sabah”la oyuna itkilərlə çıxacaq. Bir neçə futbolçusu baş məşqçi Tərlan Əhmədov tərəfindən əvəzedici heyətə göndərilən komandada zədə və cəzalılarla bağlı da problem var.

Futbolinfo.az xəbər verir ki, gəncəlilərin ən böyük itkisi Ahmed Ayzayadır. Legioner futbolçusu cəzalı duruma düşdüyündən bugünkü qarşılaşmanı buraxacaq.

“Kəpəz”də zədəlilər də var. Əsas heyət üzvlərindən Zamiq Əliyev, eləcə də Ruslan Süleymanovun adı matçın protokoluna salınmayıb.

“Sabah”da əsas itki cəzalı Kristian Sebalyos, əməliyyat olunduğu üçün ili erkən başa vuran Namik Ələskərov və zədəli Zurab Oçiqavadır. Digər futbolçuların hamısı Gəncə səfərinə yollanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp