“Çətin vəziyyətdəyik. “Zirə”yə niyə uduzduğumuzu izah edə bilmirəm” – . Bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef deyib.

O, Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk görüşündə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçdan danışıb: “Məğlubiyyətlər futbol həyatımızın bir hissəsidir. Burada güclü olmaq və təslim olmamaq lazımdır”.

Sayef cavab matçından söz açıb: “Bu oyunu qazanmaq üçün hər şeyi edəcəyik. İndi güclü olmaq və yaxşı hazırlaşmaq vacibdir. Çalışacağıq ki, hər şey istədiyimiz kimi getsin”.

Yarımmüdafiəçi komandanın son zamanlardakı uğursuz nəticələrindən söz açıb: “Dediyim kimi, biz peşəkarıq və vəziyyət çətindir. Amma bundan çıxış yollarını tapmalıyıq. Güclənməliyik, səhvlərimizi aradan qaldırmalıyıq. Birlik yaradıb hər şeyi dəyişə bilərik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp