Erik ten Haq Ceydon Sanço haqda danışıb. “Mançester Yunayted”in baş məşqçisi futbolçunun ümumi məşqlərə qoşulmaq üçün hələ hazır olmadığı qənaətindədir.

Futbolinfo.az xəbər verir ki, çalışdırıcı Sançonun formaya düşməsi üçün çalışdıqlarını bildirib: “Yaxşı durumda deyildi. Hələlik fərdi proqramla çalışması məsləhətdir. Tezliklə onu komandanın məşqlərində görəcəyimizə ümid edirik”.

Xatırladaq ki, Sanço aldığı ağır zədədən sonra “Mançester Yunayted”dən kənar qalıb. Fiziki hazırlığı yetərli səviyyədə olmayan oyunçunun meydana nə vaxt qayıdacağı bilinmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp