Raca Nainqolan yeni bir şans istəyir. O, yanvarda “Roma”ya qayıtmaq arzusundadı.

Futbolinfo.az xəbər verir ki, Belçika millisinin sabiq üzvü dekabrın sonunda “Antverpen”dən ayrılacaq. Hazırkı klubu onunla müqavilə müddətini uzatmamağa qərar verib.

Ötən aylarda oyu zamanı ehtiyat oyunçular skamyasında siqaret çəkərkən görüntülənən futbolçu qalmaqala səbəb olmuşdu. Bu hərəkətindən sonra “Antverpen” onu heyətdən kənarlaşdırmağa məcbur olmuşdu. Anlaşma yenilənmədiyindən futbolçu yanvarda azad agent olacaq.

İndi Nainqolan yeni klub axtarır. O, vaxtilə çıxış etdiyi “Roma”dan özünü sübut etmək üçün daha bir şans istəyir: “Bəlkə də İtaliya klubuna yollanmaq üçün çox yaşlıyam. Amma daha bir şans verilsə, komandaya faydam toxunar. Belə düşünürəm”.

Xatırladaq ki, A Seriyasında 4 klubun şərəfini qorumuş 34 yaşlı mərkəz yarımmüdafiəçisi 2014-18-ci illərdə “Roma”da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp