Dekabrın 17-də saat 17:00-dan 20:30-dək “Qarabağ”ın futbolçuları Qara Qarayev və Kadi Borges klubun “Park Bulvar”dakı fan şopunda qonaq olacaqlar.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, azarkeşlər həmin gün imzalı formaları futbolçulardan ala biləcəklər. Yalnız həmin gün, qeyd olunan saatlarda 22 faiz endirim də əldə etmək mümkün olacaq. Bu da son deyil. Sürpriz endirimlər və yeni il hədiyyələri də sizi gözləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp