“Kəpəz”lə heç-heçə (2:2) bitən matçdan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev maraqlı fikirlər səsləndirib. O, təkcə oyun barədə danışmayıb.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis Gəncə stadionundakı durumu da şərh edib: “Gəncədə atmosfer çox yaxşıdır. Şəhər də çox gözəldir, görünən dağları da. Stadionla bağlı isə nəsə etmək gərəkdir. Paltardəyişmə otaqları yoxdur, əynimizi konteynerdə dəyişmişik. Bircə müsbət hal ot örtüyüdür. Gəncə futbol tarixi ilə məşhurdur. Bunu inkişaf etdirmək üçün daha da nələrsə etmək lazımdır”.
BƏHRUZ MUSAYEV, Gəncə