“Neftçi”nin transfer etmək istədiyi Nurali Alıp bu gün “Zenit”ə satıldı. “Kayrat” ötən ilin fevralında icarəyə göndərdiyi futbolçunu bu dəfə Rusiya klubuna birdəfəlik satdı.
Futbolinfo.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Alıpı icarəyə göndərərkən müqaviləsində satınalma bəndi var idi. Ruslar məhz bu bənddən istifadə edərək Qazaxıstan millisinin üzvünü 1,2 milyon avroya transfer etdi. Alıp “Zenit”lə daha bir il artırılmaq şərti ilə 2,5 illik müqavilə imzaladı.
“Neftçi” Nuralini transfer etmək yox, icarəyə götürmək istəyirdi. “Kayrat”ın yüksək məbləğ istəməsi üzündən bakılılar geri çəkilmişdi.