Benjamin Pavar “Bayern”dən ayrılmaq qərarına gəlib. Fransız müdafiəçi münhenlilərlə müqavilə müddətini uzatmaqdan boyun qaçırır.
Futbolinfo.az xəbər verir ki, oyunçunun Almaniya klubu ilə hələ ilyarımlıq müqaviləsi var. Bundesliqa təmsilçisi yeni müqavilə bağlamaq niyyətinə düşsə də, 26 yaşlı oyunçu yayda klubdan ayrılmaq istəyir. Bu üzdən o, iki dəfə klubun müraciətinə mənfi cavab verib.
Almaniya mətbuatının yazdığına görə, “Bayern” Pavarı qışda satmayacaq. Lakin sonradan onu azad agent kimi itirməmək üçün yayda gələn təklifləri nəzərdən keçirəcək.