Rafael Gerrero Dortmund “Borussiya”sından ayrılacaq. 28 yaşlı futbolçu yayda başa çatacaq müqaviləsini yeniləmir.

Futbolinfo.az xəbər verir ki, son vaxtlar əksər oyunçular Almaniya klubundan qaçır. Yussuf Mukoko və Covanni Reyna da yeni anlaşmadan boyun qaçırıb. Rafael isə gedişinin səbəbini açıqlamaqla digər oyunçuların da fikrini ifadə edib. Belə ki, o, digər “Böyük Beşlik” ölkələri ilə müqayisədə Bundesliqada maaşların az olmasından narazıdır.

6 ildir “Borussiya”da olan portuqaliyalı İngiltərə Premyer Liqasından sərfəli təklif alıb. Dortmundlular oyunçunun gedəcəyini bildiyindən, onu elə indi satmağa çalışacaq.

Shares: