Qətərdə keçirilən Dünya Çempionatının əsas sürpriz komandası olan Mərakeşin heyətinin böyük hissəsi ölkə xaricində anadan olanlardan qurulub. Hamısı mərakeşlidir, amma əksəriyyəti başqa ölkələrdə futbolun sirrlərini öyrəndikdən sonra tarixi vətənini seçib.
Futbolinfo.az xəbər verir ki, mundiala aparılan 26 futbolçudan 12-si Mərakeşdə anadan olanlardı. Digər 14 nəfər isə Avropadan heyətə cəlb edilənlərdir.
4 – Hollandiya
4 – Belçika
2 – Fransa
2 – İspaniya
1 – İtaliya
1 – Kanada
Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi də Fransada doğulanlardandır. O, vaxtilə “Qrenobl”da Olivye Jiru komanda yoldaşı olub.
Bu gün afrikalıların rəqibi olacaq Fransada isə fransız tapmaq çətin məsələdir. 26 futbolçudan 20-si əslən fransız deyil.