Cud Bellingemi transfer etməkdə çətinlik çəkən “Liverpul” hədəfini dəyişib. İngiltərə klubu yarımmüdafiə xəttini başqa oyunçu ilə gücləndirmək istəyir.

Futbolinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sı İngiltərə millisinin üzvü üçün 100 milyon avro tələb edir. Müştərinin çox olması üzündən almanlar güzəştə getmir, əksinə, qiyməti artırmağı düşünür. Bellingem vətəninə qayıtmağa həvəsli olsa da, klubla 2025-ci ilin yayına kimi müqaviləsi var və dortmundluların istəklərinə boyun əyməlidir.

Bu səbəbdən “Liverpul” alternativlərə yönəlib. Mersisaydlılar “Benfika”dan Enzo Fernandesi transfer etməyə çalışır. “Real”ın da istədiyi yarımmüdafiəçinin qiyməti daha münasibdir. Belə ki, Argentina millisi ilə finala vəsiqə qazanmış oyunçunu heyətə qatmaq üçün 77 milyon avro ödəmək kifayətdir. Lissabonlularla 2027-ci ilin yayına kimi müqaviləsi olsa da, futbolçunun müqaviləsində olan bəndə görə bu məbləği ödəyən ona sahib çıxa bilər.

Shares: