Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasındakı yarımfinal matçından öncə kuryoz hadisə baş verib.

Matc.az xəbər verir ki, oyundan öncəki məşq zamanı Avropa təmsilçisinin hücumçusu Kilian Mbappenin qapıya vurmaq istədiyi top tribunada əyləşən fransalı azarkeşlərdən birinin üzünə tuş gəlib.

Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. Tərəfdara yaxınlaşan 24 yaşlı forvard etdiyi hərəkətə görə ondan üzr istəyib.

Shares: