Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çağırış Kubokunda növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “VfB SUHL Thüringen”lə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.
Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırmışdı.