DÇ-2022-nin yarımfinalında Mərakeşə qalib gələn Fransa tarixi ərzində 4-cü dəfə finala çıxdı. 1998, 2006, 2018 və 2022-ci illərdə bunu bacaran Avropa təmsilçisinin uğuru misilsizdir. Çünki bu dövr ərzində heç bir komanda hətta 2 dəfədən artıq final görməyib.
Futbolinfo.az xəbər verir ki, fransızların baş məşqçisi Didye Deşam ardıcıl 2 finala çıxan 4-cü baş məşqçi oldu. Ötən mundialda Rusiyada çempion olan mütəxəssisə kimi Vittorio Potso (İtaliya 1934, 1938), Karlos Bilardo (Argentina – 1986, 1990) və Frants Bekkenbauer (Almaniya – 1986, 1990) bunu bacarmışdı.