Mərakeş millisinin yarımmüdafiəçisi Sofian Amrabat Fransa ilə dünənki yarımfinal matçı ilə birlikdə yarış ərzində 51-ci dəfə dönən topa sahib oldu. Bu, yekunlaşmaqda olan DÇ-2022-nin, eyni zamanda bütün Afrika yığmalarının tarixi ərzində rekord göstəricidir.
Futbolinfo.az xəbər verir ki, Qətər mundialında Sofianın nəticəsinə 3-cü yer uğrunda matçda qarşılaşacaqları Xorvatiya millisinin üzvləri – Luka Modriç (45), Marselo Brozoviç (45) və Yoşko Qvardiol (44) yaxındır.
Mərakeş millisinin hücumçusu Yusuf En-Nəsri isə antirekordla yadda qaldı. O, meydanda olduğu 66 dəqiqə ərzində cəmi 3 dəfə topa toxuna bildi. Bu, bütün mundiallar ərzində 45 dəqiqədən daha çox meydanda olan futbolçular arasında ən pis göstəricidir.