“Ayaks” Deyli Blindlə yollarını ayırdı. 2018-ci ildə “Mançester Yunayted”dən yetişdiyi kluba qayıdan təcrübəli müdafiəçi daha amsterdamlıların şərəfini qorumayacaq.

Futbolinfo.az xəbər verir ki, Niderland millisinin 32 yaşlı oyunçusu özünə yeni iş yeri axtarmalıdır. Heyəti gəncləşdirməyi lazım bilən “Ayaks” ona istədiyi kluba getmək şansı yaradıb.

Əslində, futbolçunun müqaviləsi mövsümün sonunda bitəcəkdi. Amma amsterdamlılar xidmətlərini nəzərə alaraq, onu 6 ay öncə azad agent kimi buraxmağa razılaşıb. Vida xahişi müdafiəçinin özündən gəlibmiş. Adı açıqlanmayan başqa kluba gedən oyunçu bu jestə görə kluba təşəkkür edib.

Shares: