“Şamaxı” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Bahadur Həziyev daha iki il yarım “Şamaxı”nın formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, əyalət təmsilçisi daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqaviləni yeniləyib.