“Napoli” “Sampdoriya”nın sağ cinah müdafiəçisi Bartoş Berezinskini heyətinə qatmaq istəyir. Polşalı futbolçuyla şəxsi danışıqlar müsbət nəticə verib, indi də klubların anlaşması yekunlaşır.
Futbolinfo.az xəbər verir ki, “Sampdoriya” 5 il öncə “Legiya”dan aldığı 30 yaşlı oyunçunu 3 milyon avroya satmaq niyyətindədir. Neapollular razılıq verib və yanvarda keçid yekunlaşacaq.
A Seriyasının lideri Braziliya millisinin üzvü Danilo ilə də maraqlanırdı. Amma bu müdafiəçi “Yuventus”la mövcud müqaviləsini 2025-ci ilə kimi uzatmaq qərarına gəlib.