“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycanda çıxış edə bilər. Bu barədə futbolinfo.az-a haitilinin özü məlumat verib.

O bildirib ki, hazırda “Səbail”lə danışıqlar aparır. Alınsa, futbolçu qışda Bayıl təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, Donald Gerye 2017-2019-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2019-cu ildə “Neftçi”yə transfer olunub və burada 1 mövsüm oynadıqdan sonra yenidən “Qarabağ”a qayıdıb, 2021-ci ildə isə Azərbaycandan ayrılıb.

Shares: