Fransa millisinin finala vəsiqə qazanmasının gizli səbəbkarları da var. Qol vuranlar, assist edənlər həmişə ön plana çıxır, amma elə oyunçular da var ki, məhz onların gördüyü “qara iş” həlledici olur.

Bu baxımdan İbrahima Konate fərqləndirilməlidi. Fransızların dayaq oyunçusu mundialda ikili mübarizələrdə ən çox qalib gələn futbolçudur. 20-dən çox ikili mübarizəyə girən futbolçular arasında məhz onun göstəricisidi misilsizdir.

28 ikili mübarizənin 24-də üstün olan Konate 86 faizlik nəticə göstərib. Cek Qriliş (İngiltərə) 80, Kim Jin Su (Yaponiya) 79, Leandro Paredes (Argentina) 78 və Eduardo Kamavinqa (Fransa) 78 faizlə sonrakı yerləri tutur.

Shares: