Karlo Ançelottinin imtinasından sonra Braziliya millisinə yeni namizədlərin axtarışı davam edir. Titenin qovulmasından sonra boş qalan baş məşqçi postuna avropalı mütəxəssis gətirməkdə israrlı olan cənubi amerikalılar hazırda iki nəfər arasında seçim edir.

Futbolinfo.az xəbər verir ki, Braziliya Futbol Federasiyası Xosep Qvardiolanın təyinatında israrlıdı. Onlar “Mançester Siti” rəhbərliyini ispan məşqçini buraxmağa razı salmağa çalışır. Amma mütəxəssis özü daha çox klubda işləməyin tərəfdarıdır.

Qvardiola variantı alınmasa, braziliyalılar Zinəddin Zidanla danışıqlara başlayacaq. Hazırda işsiz olan fransalı bu təklifə isti yanaşır.

Shares: