“Barselona”nın baş məşqçisi Xavi Xames Rodrigesin “Barselona”da oynamamasına heyfslənir. O, kolumbiyalı ulduzun “Real”ı yox, öz sevimli klubunu seçməməsindən məyusdur.
Futbolinfo.az xəbər verir ki, Xavi Xamesin Madridi seçməsinə üzülüb: “Rodrigesin əla istedadı və yüksək bacarığı var idi. Dar sahədə əla oynayırdı, üstəlik, uzaq məsafədən əla zərbələri var idi. Sol ayağı da mükəmməl sayıla bilərdi. Onun “Barselona”da yox, “Real”da oynaması çox pis oldu. Buna üzülmüşdüm”.
Xatırladaq ki, Xames hazırda “Olimpiakos”da oynayır və karyerasının qürub çağını yaşayır.