“Biz transfer barədə yayılan xəbərləri şərh etmirik” – bunu futbolinfo.az saytına açıqlamasında Polşanın “Poqon” klubunun mətbuat xidmətinin rəhbəri Krşiştof Ufland deyib.

O bildirib ki, bunlar sadəcə, gəzən şayiələrdir: “Bunlar hamısı şayiələrdir. Bu mövzu barədə çox danışmaq istəmirəm”.

Klub rəsmisi “siz Musa Qurbanlını istəmirsiniz yaza bilərikmi” sualını cavabsız qoyub.

Xatırladaq ki, “Poqon”un “Qarabağ”ın və millimizin hücumçusu Musa Qurbanlını transfer etmək istədiyi barədə xəbərlər var.

Shares: