Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında keçirilib. İlk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşündə minimal hesabla qalib gələn “Qəbələ” “Qarabağ”ı kubokdan kənarlaşdırmağa nail olub.

Digər matçda isə “Sabah” “Səbail”i qəbul edəcək. “Dənizçilər” doğma meydanda baş tutan ilk oyunda 3:2 hesablı qələbə qazanmışdılar. Cavab matçından da qalib ayrılan “Səbail” sürpriz şəkildə yarımfinala yüksələn tərəf olub.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları

19 dekabr

“Qəbələ” – “Qarabağ” 1:0
Qol: R.Maçado, 71.
İlk oyun – 2:2.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

“Sabah” – “Səbail” 0:1
Qol: Qoba Zakpa, 73.
İlk oyun – 2:3.
“Bank Respublika Arena”.

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 16. Rustəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp