“Bayern” qapıçı problemini həll etməyib. Xizək sürərkən ayağı sınan Manuel Noyerə əvəzedici axtaran münhenlilər hələ də yekun qərar verməyib.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qolkiperin sağaldıqdan sonra əvvəlki səviyyədə oynaya bilməyəcəyindən, ümumiyyətlə, karyerasını bitirməyə yaxın olmasından narahat olan Bundesliqa klubu yeni qapıçını ehtiyat variant kimi götürmək istəmir. “Bayern” elə bir qolkiper seçmək istəyir ki, Noyerlə rəqabətə girsin, hətta əsas oyunçuya çevrilsin.

Elə Aleksander Nübel bu şərtlərlə geri qayıtmaq istəyir. Hazırda “Monako”da icarədə olan qolkiper müqavilə ilə bağlı olduğu “Bayern”ə daim əsas heyətdə oynamaq şərti ilə qayıtmaq niyyətindədir. Yalnız Noyerl ədalətli rəqabət mühiti yaradaılacağı təqdirdə o, yanvarda Münhenə dönəcək. Əks halda, əlcək shibi klubla müqaviləsini pozub əsas heyətdə yer ala biləcəyi komanda axtaracaq.

“Bayer”in B planı da var. Almaniya çempionu Mərakeş millisinin üzvü Yassin Bononu ala bilər. “Sevilya” ilə 2,5 illik müqaviləsi olan qolkiperin dəyəri mundialdan sonra yüksəldiyi üçün bu, bir az çətin görünür. Əvəzində Münhenqladbax “Borussiya”sından ayrılmağa qərar verən Yan Zommerin transferi münhenlilər üçün daha sərfəlidi. İsveçrə millisinin üzvü 6 aydan sonra azad agentə çevriləcəyindən klubu onu elə indi satmağa razıdır. Qapıçının uzun illər Bundesliqada oynaması, bura uyğunlaşması da “Bayern”in istəklərinə cavab verir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp