“Sabah” “Səbail” ilə bugünkü kubok matçına ciddi itkilərlə çıxacaq. Meydan sahiblərinin ¼ finalın cavab matçı öncəsi həm cəzalı, həm də zədəli futbolçuları var.

Futbolinfo.az xəbər verir ki, Namik Ələskərovla Zurab Oçiqavanın ili erkən bağladığı çoxdan bəllidir. Namik yaxınlarda əməliyyat olunub, gürcü futbolçu isə ağır zədədən sonra bərpa prosesi keçir.

“Sabah”ın digər itkisi Nicat Mehbalıyevdir. “Səbail”lə ilk matda qırmızı vərəqə alan gənc qapıçı bu matçı cəza üzündən buraxmalıdır. Eyni səbəbdən Elvin Camalov da kənarda qalacaq. Sarı vərəqə limitini dolduran kapitan önəmli görüşdü komandaya kömək edə bilməyəcək.

Xatırladaq ki, bu komandalar arasında ilk matç “Səbail”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması bu gün saat 19:00-da Masazırda start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp