“Səbail”də klubdaxili problemlər bitmir. Bayıl təmsilçisinin uğursuz nəticələri ümumi əhval-ruhiyyənin pozulmasına səbəb olub. Gərginlik üzündən məşqçi – oyunçu münasibətlərində xoş olmayan məqamlar ortaya çıxır.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov futbolçularla yaşadığı qalmaqallara daha birini əlavə edib. Aparıcı yerli oyunçuların ardından indi də əcnəbilərlə yola getməyən çalışdırıcı Qustavo de Fransanı cəzalandırıb. Legionerin məşqlərdəki davranışından xoşlanmayan çalışdırıcı ona cərimə kəsib və əvəzedici komandaya göndərib. Mövsümün bitiminə bir tur qaldığını nəzərə alsaq, Qustavonun qışda yola salınmaq ehtimalı böyükdür.

Ümumiyyətlə, “Səbail”də cəza sistemi xeyli aktuallaşıb. Qurbanov sonuncu pilləyə düşən komandanın futbolçularının bazada qidalanmasını artıq xərc sayır. Bu səbəbdən oyunçulara yemək verilməsi ləğv edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp