Karlo Ançelotti Braziliya millisinin baş məşqçi postuna keçməyəcəyini qətiləşdirib. İsrarlı dəvət almağına baxmayaraq, italiyalı mütəxəssis Madriddə qalacaq.

Futbolinfo.az xəbər verir ki, “Real”ın baş məşqçisi “Radio Rai”yə açıqlamasında imtinasının səbəbini açıqlayıb: “Gələcyi bilmirəm, amma indi Madriddə xoşbəxtəm. “Real”da hər şey ürəyimcədir, iddialı komandamız var və titullar uğrunda layiqincə mübarizə aparırıq. 2024-cü ilin yayına kimi müqaviləm var. Mən qovmasalar, heç yerə getməyəcəyəm, hətta müqaviləni uzadıb karyeramı burada bitirə bilərəm”.

Xatırladaq ki, Dünya Çempionatındakı uğursuzluqdan sonra Braziliya millisinin baş məşqçisi Tite postundan qovulub. Ançelottiylə yanaşı, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da cənubi amerikalıların təklifini geri çevirib. Hazırda Titeyə xələf olmağa ən real namizəd Zinəddin Zidandır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp