“Nyukasl”ın əfsanəsi Alan Şirer sevimli klubunun Enzo Fernandesi transfer etməsinin vacibliyindən danışıb. İngiltərə millisinin sabiq hücumçusu “sağsağanlar”ın belə bir futbolçuya ehtiyac duyduğunu dilə gətirib.

Futbolinfo.az xəbər verir ki, Şirerin oyunda şərhçilik edərkən dilə gətirdiyi bu fikirlərə “Nyukasl”dan reaksiya gəlib. Komandanın baş məşqçisi Eddi Hou Fernandesi tanıdığını bildirib: “Onu mən də bəyənirəm. Amma mundialdan sonra Enzonu transfer etmək çətin olacaq. Argentina millisi ilə çempion oldu, yarışın ən yaxşı gənc oyunçusu seçildi. İndi bu futbolçuyla uzunmüddətli müqaviləsi olan “Benfika” çox böyük təkliflər gözləyir”.

Enzoyla “Real” da maraqlanır. “Nyukasl” rəhbərliyi bunu bildiyi üçün bahalı transferlərdən uzaq qaçır. Şirer isə “sağsağanlar”ın əvvəlki əzəmətini qaytarması üçün belə oyunçuların transfer edilməsinin vacib olduğunu düşünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp