“Mən zədə aldım və müalicəyə getdim. Sonra yeni məşqçi gəldi və məni komandada istəmədi” – bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”dan ayrılan hücumçu Ouro-Nil Ture deyib.

Toqolu forvard Samir Abasovun belə qərar verdiyini bildirib: “Yeni baş məşqçi gələndə mənə dedi ki, sənin oyunun məni qane etmir, ya əvəzedici komandaya getməlisən, ya da müqaviləni pozmalısan. Mən özümü yaxşı oyunçu hesab edirəm və bu səbəbdən “Sumqayıt”ın əvəzedici komandasında deyiləm. Hazırda məşq edirəm və yanvarda yeni klub tapacam. Özünə qiymət verən futbolçu ikinci komandada oynamaz. Agentim də bildirdi ki, müqaviləni pozmaq lazımdır və yaxşı komandaya gedə bilərsən. Bunun üçün ayrıldım”.

Ture “gənclik şəhəri” təmsilçisindən ayrılarkən sadəcə, bir neçə ayın ödənişini aldığını bildirib: “Sumqayıt” mənim tam pulu vermədi. 3 illik müqavilə var idi. Lakin bir neçə ayın pulunu ödədilər. Bunu problem etmirəm”.

Xatırladaq ki, Ture “Sumqayıt”a yayda gəlmişdi. O, ciddi şans almadan cəmi 3 aydan sonra komandadan uzaqlaşdırıldı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp