“Milan” yeni qapıçı axtarışına çıxıb. Son İtaliya çempionu bunu məcburiyyətdən edəcək.

Futbolinfo.az xəbər verir ki, komandanın əsas qapıçısı Mak Menyan hələ sağalmayıb. Fransalının dekabrın əvvəlinədək sıraya qayıtması gözlənilsə də, bərpa prosesi gözlənildiyi kimi getmir. Qapıçı həkimlərin proqnozunu alt-üst edib.

Hazırda Dubayda təlim-məşq toplanışında olan “Milan” ehtiyat qapıçıların ümidinə qalıb. Menyanın ciddi problemləri üzə çıxdığından, o, komanda İtaliyaya qayıdan kimi yenidən test ediləcək. Analizlərin nəticəsindən asılı olaraq, yeni qapıçının alınıb-alınmamasına qərar veriləcək.

Menyanın dekabrın sonunadək əsas komandanın məşqlərinə qoşula bilməyəcəyi aydınlaşacağı təqdirdə, “Milan” çoxdan maraqlandığı Marko Sportiello transferini rəsmiləşdirəcək. “Atalanta” ilə müqaviləsi qarşıdakı yayda bitəcək əlcək sahibi də “rossonyerlər”in düşərgəsinə köçməyə hazırdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp