Lionel Messi rekordlara doymur. Dünya Çempionatında vurduğu qollarla rəqiblərini sıradan çıxaran argentinalı indi zəhmətinin bəhrəsini görür.

Futbolinfo.az xəbər verir ki, Argentina millisinin dünya çempionu olması ilə Messi fanatlarının sayı artmağa başlayıb. Leo indi həm də sosial şəbəkədə zirvəni fəth edir. Messi idmançılar arasında ilk pilləyə yüksələ bilib – Kriştianu Ronaldonu ötüb.

Messinin müxtəlif paylaşımları rekord qırır: birinə 42, digərinə 56 milyon bəyənmə gəlib. Fərqli şəbəkələrdə izləyici sayı da durmadan artır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp