“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Qəbələ” ilə cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olub, mübarizəni dayandırdıqları (ilk görüş – 2:2) qarşılaşmadan sonra bunları deyib:

“Qəbələ”ni təbrik edirəm. Bu qələbəyə layiq idilər. Əvvəl də bildirmişdim ki, son oyunlarda yaxşı performans sərgiləyirlər. Kubok və çempionat oyunları fərqlidir. Qarşıdakı oyunlarda “Qəbələ”yə uğurlar arzulayıram.

Rəqibləri nəzərə almaq lazımdır. Mövsüm keçdikcə bizi yaxından tanıyırlar. Heyətimizə baxsaq, zədəlilərimiz çoxdur. Kevin Medina, Bədavi Hüseynov, Filip Ozobiç yox idi, Leandro Andrade iki aydan sonra meydana çıxdı. “Qəbələ”yə qarşı oyunlar həmişə çətin olub. Bəzən meydanda istədiklərin alınmır. Rəqibin oyununa da dəyər vermək lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp