Kərim Benzema Fransa millisindəki karyerasını başa vurduğunu açıqladı. O, bundan sonra özünü klub futboluna həsr etmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Real”ın 35 yaşlı oyunçusu özünün sosial şəbəkə hesabında yazıb: “Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və səhvlərim də oldu. Və mən bununla fəxr edirəm! Hekayəmi yazdım və ortaq hekayəmiz artıq sona çatır”.

Benzema DÇ-2022-nin startı ərəfəsində zədələndi və turnirdə iştirak edə bilmədi. Baş məşqçi Didye Deşamın onu millinin düşərgəsində saxlamaq istəməməsi sonradan qalmaqala çevrildi. Zaman göstərdi ki, Benzema tez sağaldı, amma adı siyahıdan çıxarılmasa da, Deşamın göstərdiyi münasibətə görə Qətərdəki Dünya Çempionatına qayıtmaqdan intina etdi.

Benzema 2007-ci ildən Fransa millisində çıxış edirdi. 2015-ci ildə hücumçu komanda yoldaşı Matye Valbuenanın şantaj qalmaqalına görə millinindən uzaqlaşdırılmışdı. Ötən ilin mayında Benzema yenidən Fransa millisinə dəvət almışdı.

Ümumiyyətlə, Kərim 97 dəfə yığma formasını geydi. 37 qol, 20 məhsuldar ötürmə ilə yadda qalan Benzema bu göstəricilərini artıra bilməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp